Bu dolma kimindir axı?

İllər öncə Yunanıstanda bir kafedə menüdən “Greek coffee” sifariş verdiyimdə mənə Türkiyədə çox popular, qadınların gələcəklə bağlı ən xırda sualları yarandıqda belə müraciət etdiyi fal funksiyası daşıyan, kişilər üçün qəhvəxanalardaki diskussiyalarının ayrılmaz bir parçası olan, gənc nəsil üçün isə imtahanlara hazırlıq gecələrində “sağ qalmaq” üçün istifadə olunan, türklərin “geleneksel türk kahvesi” dedikləri bir içəcək gətirdilər. Dadı, bişirmə yolu, görünüşü- hər şeyi ilə mənim illərlə Türkiyədə içdiyim qəhvəyə bənzəyirdi. Ama adı ” Greek coffee”. Təbii ki, mən bunu bizə servis edən ofisiantdan soruşa bilmədim. Ümumiyyətlə, bir türk və ya yunanla bunu müzakirə etmək olmazdı, çox həssas mövzü idi, eynən bizim bölə bilmədiyimiz dolma kimi. Ağlımda çoxsayılı suallarla qəhvəmi içdim, ücrətini ödədim, çayevoyumu da kitabçanın arasına qoyub ayrdıldım oradan. Ağlımda isə məni çox düşündürən bu yeməklərin, rəqslərin, musiqilərin və s. hansı ölkələrə aid olub-olmamağını necə anlaya bilərik sualı idi.

Bir müddət keçdikdən sonra universitetdə Antropologiya dərsində Bolqar bir filmmaker qadının çəkdiyi ” Whose is this song” sənədli filmi izlədik. Filmin başlanğıc səhnəsini çox yaxşı xatırlayıram. Adela Peeva isimli qadın öz təcrübəsindən başladığı bir yolculuğu anlatırdı. Bir gün fərqli Balkan ölkələrindən gələn tanışları ilə kafedə oturarkən “Üsküdara giderken” mahnısı oxunur. Bu mahnının oxunması ilə birlikdə masada əyləşən insanların arasında mahnının mənşəyi haqqında bir münaqişə yaranır. Tanışlarının hər biri mahnının öz ölkəsinə aid olduğunu iddia edir. Ən maraqlısı isə odur ki, bu qadın özü də uşaqlıqdan mahnının Bolqar mahnısı olduğuna inanaraq böyümüşdür. Hətta münaqişə sırasında hərkəs mahnını öz ana dilində fərqli versiyalarını da zümzümə edir. Uzun bir söz-söhbətdən sonra diskussiyanın bir sonu olmadığının fərqinə varan Adela mövzü haqqında araşdırma aparıb bir sənədli film çəkməyə qərar verir. Filmi çəkmək üçün yollanır Balkan ölkələrinə (Türkiyə, Yunanıstan, Bosnia, Albaniya, Makedoniya, Serbiya, Bolqarıstan). Hər ölkədə film rejissorları, bəstəkarlar və b. peşələrin sahibləri ilə müsahibə aparır, spesifik olaraq bu mahnının mənşəyi haqqında soruşur. Ama hərkəsin cavabı eynidir- bu mahnı bizim millətin mahnısıdır! Bəzi ölkələrdə hətta sualları ciddi agressiya ilə də qarşılanır, fiziki şiddətə də məruz qalır Adela. Ama bizə göstərdiyi ən önəmli faktor odur ki, hər ölkədə bu mahnı mövcüddür və fərqli dillərdə, fərqli versiyaları milli mahnı kimi tanınır.

Gəlin bu case’i təhlil edək və insanların davranışlarının arxasındakı səbəbləri axtaraq. Musiqi, milli yeməklər, rəqslər, simvollar, rituallar, dil, din- bunların hamısı bir milli kimlik inşasının ayrılmaz parçalarıdır. Benedict Andersonun sosial elmlər üçün adətən bir xəzinə rolu oynayan “Imagined communities” kitabında təsvir edildiyi kimi community ruhu, collective memory ve common future uğruna keçmiş haqqında yaradılan miflər ulus dövlətin varoluşunun təməlidir (” the nation as an imagined community”). Ethnical identity mövzüsunu araşdırdığımızda görürük ki, insanların üstdə sadaladığım dəyərləri qoruma çabaları əslində etnik bir kimliyin qorunmağı çabalarıdır. Məsələn, xarici ölkələrdə yaşayan azərbaycanlıların hər keçirilən bayram tədbirlərində birlikdə “Yallı” rəqsi oynaması bunun bariz örnəyidir.

Ama bir digər tərəfdən də bu”construction” məsələsini unutmamalıyıq. Bu gün biz Adelanın etdiyi kimi dolma haqqında sənədli film çəkməyə qalxsaq eyni mənzərə ilə qarşılaşacağıq. Hər ölkədə fərqli növləri, ətli-ətsiz, tənəkdən hazırlanan- kələm yarpağından- badımcandan və başqa tərəvəzlərdən, bişirilən-qızardılan, soyuq yemək kimi yeyilən- isti yemək kimi… Bir ölkədə sarma deyilir, birində qolubsı, digərində isə üç bacı. Ama yeməyin fundamenti eynidir. Və bişirildiyi coğrafi bölgələr də bir-birinə yaxın, ortaq tarix paylaşmış ölkələr. Bu durumda, elə ” Üsküdara giderken” mahnısı case’ ində gördüyümüz kimi, sadəcə bir ölkəyə aidiyyatı haqqında danışmaq-savaşmaq mümkündürmü hərhansı bir yeməyin, rəqsin, musiqinin, ritualın…Sizə elə gəlmir ki, əslində bunlar həqiqətən də bir “construction”dır? Bir ölkəyə aid etmək yerinə bir coğrafi bölgəyə aidiyyəntən bəhs etmək daha məntiqli olmazmı?

Bu mövzünü bu suallarla sizə təhvil verib başdakı hadisə haqqında da bir qeyd keçim ki, qəhvə əslində nə yunanlarındır, nə də türklərin. İlk qəhvə axını Yemen’dən başlayıb 15ci əsrdə 🙂 Elə bu faktın özü bizə ethnic construction haqqında işarələr verir. Qəhvə/ çay kültürü və mənşəyi haqqında oxumaq istəyirsinizsə buradan çox maraqlı bir məqaləyə keçə bilərsiniz.

Keyifli oxumalar!azerbaijani-stuffed-grape-leaves-dolma-azcookbook.jpg

source: https://azcookbook.com/azeri/yarpaq-dolmasi/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s